“Konstitusiya və Suverenlik İli” çərçivəsində əldə olunan Zəfərin beşinci ildönümü şəhidlərimizin məzarları ziyarət olunub.
Ziyarətdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin Yasamal rayonundan olan deputatları, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının, Yasamal rayonu bələdiyyəsinin əməkdaşları, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Ziyarətlərdən sonra şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!