PDF Oxu

Siyasət

  • 649

Şəhidlərin ildönümlərində xatirələri anılıb

image

13 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləriNəzərli Vasif Zahid oğlunun və İmaməliyev Elvin Elsevər oğlunun ildönümlərində əziz xatirələri yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Vurğun qəsəbəsində və Qırılıkəndində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhidlərimizin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüznlə başsağlığı veriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər