PDF Oxu

Siyasət

  • 566

Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib

image

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və“Ağstafa Meliorasiya İşçiləri” Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev,““Ağstafa Meliorasiya İşçiləri” Ərazi Partiya Təşkilatının sədri Fərid Eyyubov, partiya fəalları, gənc könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu prosesə layiqli töhfələr verirlər.

Aksiya çərçivəsində 45 nəfər partiya fəalının iştirakı ilə 260 ədəd müxtəlif növ ağac əkilib. Eyni zamanda, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Digər xəbərlər