PDF Oxu

Siyasət

  • 1 236

"Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminə yeni siyasi mədəniyyət gətirdi" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

image

"Yeni Azərbaycan Partiyasının 33 illik tarixi əslində, Azərbaycanın legitim siyasi sisteminin tarixidir. Çünki ilk dəfə olaraq xalqdan səs alaraq öz liderini hakimiyyətə daşıyan partiya Yeni Azərbaycan Partiyasıdır. Beləliklə, Azərbaycanda ilk dəfə legitim hakimiyyət vasitəsilə dövlət idarə edən lider Yeni Azərbaycan Partiyasının qurucu lideri Ümummilli Lider Heydər Əliyevdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, əgər biz ondan əvvəlki dövrə diqqət etsək, görərik ki, 1991–1993-cü illərdə Azərbaycanda hakimiyyət qəsb edilirdi. Buna siyasi terminologiyada “hakimiyyətin uzurpasiya edilməsi” deyilir. Yeni Azərbaycan Partiyası bu ənənəyə son qoymuş oldu: "Partiyanın tarixində mühüm əlamətdar hadisələrdən biri də onun ötən seçkilərdə daim qələbə qazanmasıdır. Bu, partiyanın digər bir mühüm xüsusiyyətidir. Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi sisteminə eyni zamanda yeni bir siyasi mədəniyyət gətirmişdir -nizamnamə və proqram əsasında fəaliyyət göstərən, qanunun aliliyinə hörmət edən, qanundan kənar hər hansı bir davranışı qəbul etməyən bir siyasi qüvvədir. Bu da, əlbəttə ki, ölkənin siyasi mədəniyyətini formalaşdıran əsas amillərdəndir.Partiyanın digər bir xüsusiyyəti isə müxalif fikrə dözümlülüyüdür - siyasi rəqibləri qəbul etməsi və mübarizəni sivil və hüquqi çərçivədə aparmasıdır. Bütün bunlar sadəcə siyasi sistemimizin keyfiyyət göstəriciləri deyil, həm də Yeni Azərbaycan Partiyası tərəfindən bu mədəniyyətin dövlət idarəçiliyinə gətirilməsinin göstəricisidir. Beləliklə, bu siyasət Azərbaycanın güclənməsinə, qüdrətlənməsinə yol açdı. Və nəhayət, biz bütün bu keyfiyyətlərin nəticəsi olaraq tarixi zəfərimizi əldə etdik. 90-cı illərin əvvəllərində siyasi sistemimizin zəifləməsi, radikal meyllər eyni zamanda torpaqlarımızın 20 faizinin işğalına səbəb olmuşdu. Bu faciənin son qoyulması məhz Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə mümkün oldu. Dolayısıyla, partiyanın tarixi və fəaliyyəti, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi və inkişafıdır. Bununla hər bir partiya üzvü və Azərbaycan xalqı fəxr edə bilər. Tarixi zəfərdən sonra güclənən, qüdrətlənən Azərbaycan məhz Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun həyata keçirdiyi siyasət sayəsində öz gələcəyini təmin edir. Beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir, ölkəmizi yeni inkişaf mərhələsinə aparır".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər