“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və YAP Yasamal rayonu “Moskva pr.67” (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: 33 illik milli və siyasi güc” adlı tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlı, YAP Yasamal rayon “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayonu “Moskva pr.67” (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) ünvanı üzrə ərazi partiya təşkialtının üzvləri və agentliyin əməkdaşları iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov qeyd edib ki, Azərbaycanın müasir inkişaf yolunun əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və xalq-lider birliyi dayanır. Müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı xaos və böhran dövlətçiliyin məhv olmaq təhlükəsini yaratmışdı. Belə bir mərhələdə 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət xalqın nicat çağırışı idi. Bu müraciət milli məsuliyyətin təcəssümü olmaqla dövlətin gələcəyini qorumaq iradəsini ifadə edirdi. Ulu Öndər müraciəti böyük uzaqgörənliklə dəyərləndirərək xalqa arxalanan liderlik yolunu seçdi. Naxçıvanda keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının ideoloji təməlini formalaşdırdı. Qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Bu gün bu maraqlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə qorunur.Partiya yaranan andan dövlətçilik düşüncəsinin bərpası, sabitliyin təmin edilməsi və milli maraqların qorunması uğrunda mübarizə apardı. Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin yenidən qurulmasını təmin etdi. Güclü idarəetmənin, mütərəqqi siyasi xəttin və milli həmrəyliyin əsası da məhz həmin dövrdə qoyuldu. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da müasirləşdi. Onun rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə çevrildi. Ordu quruculuğunda görülən işlər 2020-ci il Qələbəsi ilə nəticələndi. Bu Qələbə xalq-lider birliyinin təntənəsi idi. 2023-cü ildə suverenliyin tam bərpası dövlətçilik tariximizin yeni zirvəsi oldu. Bütün bu nailiyyətlər Prezident, Partiyamızın Sədri cənab Yeni Azərbaycan Partiyasının ideoloji gücünü və siyasi liderliyini təsdiq edir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müstəqilliyin ən çətin çağlarında xalqın iradəsindən güc alan Yeni Azərbaycan Partiyası, dövlətçilik düşüncəsinin möhkəmlənməsində həlledici rol oynayan tarixi bir missiyanın daşıyıcısı kimi formalaşıb. Ulu Öndər Heydər Əliyevin müdrik liderliyi və siyasi qətiyyəti partiyanın ideoloji əsaslarını müəyyən edərək onu milli inkişafın aparıcı qüvvəsinə çevirib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti isə Yeni Azərbaycan Partiyasını modern dövlət quruculuğu prosesinin strateji mərkəzinə yüksəldib. Bu gün partiyanın 33-cü il dönümü həm siyasi yetkinliyin, həm də Azərbaycan dövlətçiliyinə sədaqətin parlaq təcəssümü kimi dəyərləndirilir. Qeyd olunub ki, Azərbaycanın müstəqillik yolunda atdığı ən mühüm addımlardan biri 91-lərin Ulu Öndər Heydər Əliyevə müraciəti oldu. Ulu Öndər müraciəti yüksək dəyərləndirərək xalqın taleyinə biganə qalmadı. Yeni Azərbaycan Partiyasının yaradılması həmin müraciətin məntiqi davamı oldu. Partiyanın təsis konfransı dövlətçiliyin yenidən dirçəlişinin başlanğıc nöqtəsinə çevrildi. Yeni Azərbaycan Partiyası yaranan gündən milli maraqları müdafiə edən intellektual siyasi güc olaraq formalaşdı. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə dərin islahatların əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Prezident cənab İlham Əliyevin Partiyamıza rəhbərlik etdiyi 20 ildə görülən işlər bunun deməyə əsas verir. Möhtərəm Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması, lokal xarakterli antiterror tədbirləri, suverenliyin tam bərpası və ən nəhayət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti bir tərəfdən ümumi rifahın, tərəqqinin və inkişafın məntiqi yekunudursa, digər tərəfdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir. Bu nailiyyətlər ətrafında 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının 33 illik inkişaf yolunun parlaq göstəricisidir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Çıxış edən YAP Yasamal rayon “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov qeyd edib ki, müstəqilliyin ilk illərində yaşanan ağır böhran xalqı narahat edir, dövlətçilik ənənələri təhlükəyə düşürdü. Belə bir anda 91-lərin Ulu Öndər Heydər Əliyevə müraciəti milli iradənin saf təzahürü kimi meydana çıxdı. Bu çağırış Azərbaycanın gələcək taleyinin doğru şəkildə müəyyənləşdirilməsi üçün əsas siyasi siqnal idi. Ulu Öndər müraciəti yüksək qiymətləndirdi və xalqın səsinə biganə qalmadı. Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması dövlət idarəçiliyi modelinin yenilənməsinə yol açdı. Partiya qısa müddətdə siyasi sistemin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu. Milli təhlükəsizlik strategiyası formalaşdı və iqtisadi inkişafın dayaqları quruldu. Bu siyasi xətt 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Onun fəaliyyəti Azərbaycanın modern dövlət kimi mövqelərini möhkəmləndirdi. Ordu quruculuğu yeni səviyyəyə yüksəldi və Vətən müharibəsində Qələbə təmin edildi. Azərbaycanın suverenliyinin tam bərpası dövlətçilik tarixinin ən mühüm nailiyyətlərindən biri oldu. Əldə olunmuş bu tarixi nailiyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. İşğaldan azad edilmiş ərazilərdə başlayan bərpa prosesi inkişaf strategiyasının yeni mərhələsinə çevrildi. Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bu prosesdə ideoloji və siyasi liderliyini daha da möhkəmləndirdi. Bu gün Yeni Azərbaycan Partiyası dövlətin gələcək inkişafına yönəlik strateji kursun aparıcı icraçısıdır. Partiyanın formalaşdırdığı siyasi ənənə milli dövlətçilik məktəbinin davamlılığını təmin edən mühüm ideoloji dayağa çevrilib. Yeni Azərbaycan Partiyasının yüksəliş xətti Azərbaycan cəmiyyətinə sabitlik, inkişaf və perspektiv qazandıran etibarlı siyasi platforma kimi daha da güclənir. Bu möhkəm əsaslar üzərində qurulan milli inkişaf modeli Azərbaycanın gələcək hədəflərinə inamla irəliləməsinə imkan yaradır.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və Partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə yekun vurulub.
Sonda xatirə şəkli çəkdirilib.