PDF Oxu

Siyasət

  • 1 164

İstanbulda TÜRKPA+ formatının yaradılması imkanları müzakirə edilib

image

ATƏT Parlament Assambleyasının 23-cü payız sessiyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş TÜRKPA Baş katibi, səfir Ramil Həsəni qəbul edib. SİA xəbər verir ki, R.Həsən TÜRKPA-nın son bir ayı əhatə edən fəaliyyəti, üzv ölkələrin parlament sədrləri və xarici işlər nazirləri ilə keçirdiyi ikitərəfli görüşlər haqqında TBMM sədrini məlumatlandırıb.O, həmçinin 2025-ci il noyabrın 30-da Qırğızıstanda keçiriləcək növbədənkənar parlament seçkilərinin müşahidəsinə hazırlıqlar işlərinin davam etdiyini vurğulayıb. Baş katib əlavə edib ki, Qırğızıstanın Bişkek və Oş şəhərlərində seçki prosesini izləyəcək TÜRKPA-nın bütün üzv ölkələrindən parlamentariləri, TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələri, eləcə də Azərbaycan Mərkəzi Seçki Komissiyasının təmsilçilərindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası artıq formalaşdırılıb.R.Həsən deyib ki, TÜRKPA Beynəlxalq Katibliyi öz iş planı üzərində çalışmaqdadır və yaxın zamanda üzv ölkələrin parlament sədrlərinə bununla bağlı ətraflı məlumat göndəriləcək. Eyni zamanda, Baş katib Qazaxıstanın evsahibliyi və fəaliyyətdə olan sədrliyi çərçivəsində 2026-cı ilin fevral və mart aylarında üzv ölkələrin Xarici əlaqələr və Müdafiə komitələrinin birgə iclaslarının keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.Baş katib Türkiyənin xarici işlər naziri Hakan Fidanın təşəbbüsü ilə TÜRKPA-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmək məqsədilə TDT+ modeli əsasında TÜRKPA+ formatının yaradılması imkanlarının müzakirə olunduğunu vurğulayıb.N.Kurtulmuş Türkiyə parlamentinin qurucu üzv olaraq bundan sonra da TÜRKPA və onun Beynəlxalq Katibliyinə hərtərəfli dəstəyini davam etdirəcəyini bildirib.

Digər xəbərlər