Azərbaycanın gözəl guşələrindən olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. Ağdam uğrunda 42 gün davam edən döyüş Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitmişdir. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur.
Ağdamın erməni işğalından azad olunması xalqımız üçün böyük qürurdur. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdam rayonunun hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilməsi Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınmışdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” təsis edilmiş medal ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu təltif olunmuşdur. Möhtərəm Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.
Azərbaycan Respublikasının Möhtərəm Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev azad olunmuş Ağdam şəhərinə 5 il ərzində mütəmadi olaraq səfər etmişdir.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri