Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman kompleksinin qarşısında ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyeva, Milli Məclisin Deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, YAP Mərkəzi Aparatının Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə kuratoru Elmar Məmmədov, Vətən Müharibəsi iştirakçıları, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri və “DOST MMC”-nin işçiləri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə 200 ədəd Eldar Şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bu kimi aksiyaların rayon ərazisində mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.