Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil.Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə ölkəmizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının siyasi-ictimai hadisələrə münasibətdə hər zaman ön xətdə irəliləməsi, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlaması, bu yolda islahatlara xüsusilə önəm verməsi ilə seçilir. Yeni Azərbaycan Partiyası bütün bu siyasi reallıqların fonunda, yaranmış reallıqlardan çıxış edərək, özünün müəyyənləşdirdiyi yenilənmiş fəaliyyət proqramı ilə yoluna davam etməkdədir.
2021-ci il 5 mart tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi də islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edib. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultayda çıxışı zamanı Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Cənab Prezident İlham Əliyev “Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”,- deyə vurğulayıb.
Bütövlükdə, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan verib. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni islahatlar mərhələsinin başlanğıcıdır. Həmin islahatlar partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. Bu ilin fevral ayında keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın milli gücünün artması qarşıya qoyulan əsas hədəflərdən biridir. Ölkəmiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından istifadə edərək milli məqsədlərini reallaşdırır. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası bu səpkidə xüsusi qeyd edilməlidir. Qazanılmış Qələbənin hərb meydanında siyasi və diplomatik müstəvidə strateji prosesə çevrilməsi isə əsas vəzifədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar yeni mərhələdə qarşıda duran vəzifələri reallaşdırmağa imkan verir. YAP Azərbaycanda demokratik, hüquqi dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, dinindən, əqidəsindən, qulluq mövqeyindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.Prezident İlham Əliyev YAP-ın VII qurultayındakı çıxışında qeyd etmişdir: “YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır.Partiyamızın VII qurultayı ölkəmizin ictimi-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın,həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.Yeni Azərbaycan Partiysı bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
Yeni Azərbaycan Partiyası Azərbaycanın davamlı inkişafına və milli maraqlarına xidmət edən çoxşaxəli proqramla fəaliyyətini davam etdirir.Partiyanın müəyyən etdiyi 11 strateji hədəf arasında “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”,”Milli maraqlar və xarici siyasət”,”Güclü iqtisadiyyat və davamlı inkişaf” kimi istiqamətlər xüsusi yer tutur.Bu hədəflər Azərbycanın müstəqil dövlət kimi güclənməsinə və xalqın rifahının təmin edilməsinə yönəlib.Partiyanın üzvlərinin səciyyələndirən əsas göstəricilər vətənə sədaqət,ümumilli maraqlara bağlılıq və dövlətçilik prinsiplərinə riayət etməkdir. Demokratik siyasi mədəniyyətin inkişafında mühüm rol oynayan YAP siyasi dialoqu stimullaşdırmaq və cəmiyyətin bütün təbəqələrini bir araya gətirmək kimi vacib missiyaları uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası dünənin ağır sınaqlarından keçərək bu gün güclü liderliklə Azərbaycanın sabitliyini və inkişafını təmin edən qüvvədir.Gələcəyə inamla addımlayan bu partiya Ulu Öndər Heydər Əliyevin siyasi irsini yaşadaraq xalqımıza və dövlətimizə xidmət etməyə davam edir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini