Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümünə həsr olunmuş sərbəst güləş üzrə turnir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədr müavini İntiqam Quliyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə gənclər və idman sektorunun məsləhətçisi Kənan Qədirli və digər natiqlər bildiriblər ki, Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf və tərəqqi yoluna çıxmış, bütün sahələrdə mühüm uğurlar əldə etmişdir. Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkəni yeni nailiyyətlərə doğru aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə bunun bariz nümunəsidir.
Daha sonra turnirə start verilib.
Yarışın qaliblərinə YAP Ağdam rayon təşkilatı tərəfindən diplom və medallar təqdim olunub. Partiya sıralarına yeni qoşulan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.