PDF Oxu

Siyasət

  • 1 383

“Nə? Harada? Nə zaman?” intellektual yarışı təşkil olunub

image

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 33-cü ildönümü münasibətilə rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarını təmsil edən komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı təşkil olunub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov və Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva çıxış edərək bildiriblər ki, intellektual oyunun keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, eləcə də gənclərin dünyagörüşünün genişləndirilməsidir.
Daha sonra “Nə? Harada? Nə zaman?” intellektual oyununa start verilib. Komandalar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının 33 illik tarixi, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və ölkəmizin müasir tarixində baş vermiş mühüm hadisələrlə bağlı sualları cavablandırıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda ümumilikdə 8 komanda iştirak edib. Nəticələrə əsasən, Saatlı Rayon İcra Hakimiyyətinin komandası birinci yerə, “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin komandası ikinci yerə, Saatlı Rayon Mərkəzi Xəstəxanasının komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar hədiyyə və diplomlarla təltif olunub.

Digər xəbərlər