YAP Yasamal rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası:33 illik İnkişaf və Zəfər yolu” adlı tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Partiyanın qızıl fondu, məşhur “91-lər”dən Sudeyf İmamverdiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Misir Mərdanov, Arif Qaraşov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Milli Konservatortiyasının rektoru Kamilə Dadaş-zadə, Bakı Biznes Universtetinin rektoru İbad Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, AMEA Azad Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Sənan Həsənov, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrinin rəhbərləri, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və rayon ictimaiyyəti iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır.Yeni Azərbaycan Partiyası öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Yeni Azərbaycan Partiyasının siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün Prezident, Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır. Əldə olunan Zəfərlər bu gün Azərbaycanı dünyada ən nüfuzlu ölkələrdən birinə çevirmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və bərpa proseslərində Heydər Əliyev Fondu da xüsusi humanitar, mədəni və sosial layihələrlə regionun dirçəlişinə mühüm töhfə verir. Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi bu təşəbbüslərə strateji istiqamət, zərif yanaşma və yüksək təşkilatçılıq gətirərək işlərin sürətli və keyfiyyətli icrasını təmin edir. Onun fəaliyyəti Qarabağın bərpasını milli həmrəyliyin, inkişafın və dövlətçilik ideyalarının real təcəssümü kimi daha da gücləndirir. Ölkəmizin ictimai siyasi həyatında Yeni Azərbaycan Partiyası hər zaman aparıcı mövqedə olub. YAP Yasamal rayon təşkilatı da hər zaman rayonun və Partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb. Sonda Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Partiyanın qızıl fondu, məşhur “91-lər”dən Sudeyf İmamverdiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan və 740 mindən çox üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçib. Yarandığı gündən Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya bu 33 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib. Ölkəmizin əldə etdiyi zəfərlərdə və uğurlarda siyasi müstəvidə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır. Çıxışının sonunda İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov ilk öncə ilk öncə tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyası yaradılmasının 33-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini- YAP Mərkəzi Aparatının rəhbəri Tahir Buraqovun salamlarını və təbriklərini çatdırıb. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub: “Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Son illər Azərbaycanın dünya arenasında nüfuzunun xeyli artması digər dövlətlərin ölkəmizə marağını daha da gücləndirib.” Ölkəmizin əldə etdiyi zəfərlər və onun siyasi müstəvidə daha da möhkəmləndirilməsində Yeni Azərbyacan Partiyasının müstəsna xidməti olub.
Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Partiyanın keçdiyi 33 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Bu istiqamətdə əldə olunan uğurlu nəaliyyətlərdə heç şübhəsiz Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının özünəməxsus rolu vardır. Çıxışının sonunda Elşad Həsənov Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətə görə fəxri fərmanlar, hədiyyələr təqdim edilib.
Təltiflərdən sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda Azərbaycan Milli Konservatoriyasının təqdimatında bədii hissə təqdim edilib.