PDF Oxu

Siyasət

  • 566

Yeni Azərbaycan Partiyası cəmiyyətin və ölkənin inkişafında aparıcı qüvvə kimi çıxış edir

image

Beləliklə, Azərbaycan tarixinin son dərəcə ağır və çətin günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən tarixi hadisələrdən biri kimi yaddaşlara həkk oldu. YAP yaranan gündən yalnız siyasi təşkilat deyil, həm də dövlətçilik düşüncəsinin daşıyıcısı kimi çıxış etdi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa zamanda Azərbaycanın aparıcı siyasi qüvvələrindən birinə çevrildi. Partiyanın artan nüfuzu onun seçkilərdəki uğurlu iştirakında, eləcə də ölkənin siyasi kursunun formalaşmasında fəal iştirakında özünü göstərdi.

Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayında III qurultayının nümayəndələri çox məsuliyyətli bir seçimə imza ataraq İlham Əliyevi partiyanın sədri seçdilər. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də Yeni Azərbaycan Partiyasının daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayında etdiyi çıxışında ölkəmizin gələcəyi ilə bağlı təqdim olunmuş konsepsiyalar bu gün son dərəcə uğurla həyata keçirilməkdədir. Artıq uzun müddətdir ki, Azərbaycan dövlətinin uğurlu enerji və nəqliyyat siyasəti, icra olunan layihələr bir tərəfdən yüksək səmərəliliyə malik enerji və nəqliyyat dəhlizlərinin, digər tərəfdən isə bölgədə və Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yaratdı.

44 günlük Vətən müharibəsində qazanılan uğurlar və 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatı sayəsində ərazi bütövlüyümüz bərpa edilərək adımızın tarixə qalib xalq kimi yazılmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin əməyi, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi proqramın rolu əvəzolunmazdı. Parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı bütün Azərbaycan ərazisində qürürla dalğalanmaqdadır.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər, YAP siyasətinin zirvə nəticəsi oldu. Bu gün postmüharibə dövründə – Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi, regionda yeni geosiyasi reallığın yaradılması Yeni Azərbaycan Partiyasının siyasi xəttinin davamıdır.

Yeni Azərbaycan Partiyasının VII qurultayından keçən dövr ərzində Partiyanın strukturunun yenilənməsi, hüquqi bazanın yaradılması, əmək haqlarının artırılması, uçot sisteminin təkmilləşdirilməsi, üzvlük haqlarının yığılmasında müşahidə olunan pərakəndəliyin aradan qaldırılması, maliyyə dayanıqlılığının təmin olunması, ideoloji işin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi prioritet məsələlər kimi müəyyən olunmuş, bu sahədə problemlərin həlli və müvafiq vəzifələrin yerinə yetirilməsi üçün müvafiq islahatlar həyata keçirilmişdir.

Milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən mühüm işlər görülmüşdür.

Ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.

Şübhə yoxdur ki, ümumxalq partiyası olan YAP cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Digər xəbərlər