PDF Oxu

Siyasət

  • 362

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı

image

1992-ci il 21 noyabr tarixində Azərbaycan Respublikasında Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi ölkənin siyasi tarixində mühüm hadisə kimi yadda qalmışdır. Müstəqilliyin ilk illərində qarşıya çıxan siyasi və iqtisadi çətinliklər fonunda YAP-ın yaranması yalnız bir siyasi partiyanın təsis edilməsi deyildi, eyni zamanda dövlətçilik yolunda məsuliyyətli addım və uzaqgörən qərar idi. Yeni Azərbaycan Partiyası, Azərbaycanın müstəqillik dövründə siyasi sabitliyin, sosial rifahın və milli həmrəyliyin təmin olunmasında əsas dayaqlardan birinə çevrilmişdir. YAP-ın təsis konfransı zamanı qəbul edilən qərarlar partiyanın ideoloji əsaslarını müəyyən etmiş və onu Azərbaycan cəmiyyətində bütün təbəqələri birləşdirən, inkişaf edən siyasi qüvvə kimi fəaliyyətə başlamasına imkan yaratmışdır. Konfransda çıxış edən Ulu Öndər Heydər Əliyev, partiyanın gələcəkdəki rolunu vurğulayaraq, YAP-ın ölkənin inkişafına mühüm töhfə verəcəyini bildirmişdir. Bu çıxışlar və strateji qərarlar Heydər Əliyevin uzaqgörən siyasi düşüncəsinin və dövlətçilik ideyalarının əyani təzahürü olmuşdur. Heydər Əliyevin siyasi mirası onun dövlətçilik yolunda qoyduğu əsaslar, Azərbaycanın siyasi və iqtisadi sabitliyinə verdiyi töhfələr və xalqın milli maraqlarının qorunması prinsiplərindən ibarətdir. Bu mirasın uğurla qorunması və davam etdirilməsi isə Yeni Azərbaycan Partiyasının fəaliyyətində açıq şəkildə görünür. Ulu Öndərin ideyalarının davamçısı kimi Prezident İlham Əliyev, ölkənin inkişaf strategiyasını uğurla həyata keçirərək iqtisadiyyatı gücləndirmiş, sosial rifahı artırmış və Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirmişdir. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prosesində göstərilən qətiyyətli siyasət, Heydər Əliyev irsinin uğurla davam etdirildiyini sübut edir. Bugün YAP yalnız siyasi partiya kimi fəaliyyət göstərmir, həm də Azərbaycanın dövlətçilik ənənələrinin qorunmasında və milli həmrəyliyin gücləndirilməsində aparıcı qüvvədir. Partiya, Heydər Əliyevin qoyduğu siyasi xətti davam etdirərək ölkədə sabitliyi təmin edir, vətəndaşların rifahı üçün sosial-iqtisadi islahatlar həyata keçirir və Azərbaycanın gələcək inkişaf hədəflərinə sadiq qalır. YAP-ın xalq arasında qazandığı etimad və seçkilərdə əldə etdiyi uğurlar, Ulu Öndərin siyasi mirasının müzəffər şəkildə davam etdirildiyinin əyani sübutudur.

Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı

Digər xəbərlər