Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası cəmiyyətin və ölkənin inkişafında aparıcı qüvvədir” adlı tədbir keçirilib.
Tədbirdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Əzizov, rayonun idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin müavini Arzu Əzizov Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, YAP-ın ölkəmizin siyasi sistemində müstəsna rol oynadığını bildirmişdir. O qeyd etmişdir ki, Xızı rayonunda həyata keçirilən sosial-iqtisadi layihələr, inkişaf proqramları və əhaliyə göstərilən xidmətlər Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin uğurlu icrasının nəticəsidir. İcra başçısının müavini vurğulamışdır ki, qarşıda duran vəzifələrin icrası üçün birlik və fəaliyyət ardıcıllığı əsas prioritet olaraq qalmaqdadır.
Sonra YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası bu 33 il ərzində ölkəmizin inkişaf tarixində özünəməxsus bir məktəb formalaşdırıb. Partiyamızın əsas məqsədi dövlətçilik ideyalarının qorunması, cəmiyyətin inkişafına xidmət edilməsi və gənclərin dövlətçilik ruhunda yetişdirilməsidir. Xızı rayon təşkilatı olaraq biz partiyanın qarşıya qoyduğu bütün vəzifələrin icrasında fəal iştirak edir, rayonumuzun tərəqqisinə töhfə vermək üçün əzmlə çalışırıq.
Çıxış edən İcra Hakimiyyəti Ərazi Partiya təşkilatının sədr müavini Tünzalə İmranova və Xızı şəhər tam orta məktəbinin direktoru Zaur Zeynallı Yeni Azərbaycan Partiyasının fəaliyyəti, partiyanın cəmiyyətin müxtəlif sahələrində yaratdığı müsbət dəyişikliklər və inkişaf istiqamətləri barədə fikirlərini bölüşmüşlər. Onlar qeyd etmişlər ki, YAP-ın ideya və prinsipləri ölkəmizin təhsil, idarəetmə və ictimai quruculuq prosesində mühüm rol oynayır.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın ictimai-siyasi fəaliyyətində fərqlənən şəxslərə fəxri fərmanlar və partiyaya yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.