Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il ötür. SİA xəbər verir ki, YAP-ın 33 illiyi Səs Media Qrupda qeyd olunub və Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının bu gün də siyasi alternativinin olmadığı vurğulanıb.Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyev dediyi kimi YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının keçdiyi yoldan, 33 il ərzində görülən mühüm işlərdən danışıb.B.Quliyev qeyd edib ki, YAP yarananda ölkə çox ağır vəziyyətdə idi: “Bu vəziyyətdən Azərbaycanı Ulu Öndərin dəmir iradəsi qurtardı və cənab Prezident İlham Əliyevin rəhbərliyi biz 44 günlük müharibədən qələbə ilə çıxdıq. Başda Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev olmaqla bütün YAP üzvlərini və partiya ətrafında “Dəmir Yumruq” kimi birləşən Azərbaycan xalqını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.