PDF Oxu

Siyasət

  • 1 381

Biləsuvarda Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü qeyd olunub

image

Biləsuvar rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, partiya veteranları Akif Kazımov və Fəday Əliyev çıxış edərək partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan bəhs ediblər.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müdrik ideyaları, siyasi iradəsi və uzaqgörən qərarları nəticəsində formalaşan Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü və təşkilatlanmış siyasi qüvvəsi kimi tanınır. YAP öz fəaliyyətində daim milli maraqları prioritet hesab edərək, dövlətçilik ənənələrinin qorunmasına və möhkəmləndirilməsinə töhfə verir. Bu gün həmin milli maraqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə təmin olunur.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, tədbir çərçivəsində rayon Heydər Əliyev Mərkəzinin kinozalında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film də nümayiş olunub.

Digər xəbərlər