PDF Oxu

Siyasət

  • 1 090

YAP-ın təsis edilməsinin 33-cü ildönümü Gəncədə qeyd olunub

image

Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Sonra Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, partiya veteranı Nizami Seyidəliyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır: “Ölkəmizin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Müasir dövrümüzdə bu maraqlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə qorunur. Prezident, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib”.
Sonra partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə, YAP sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

Digər xəbərlər