PDF Oxu

Siyasət

  • 613

Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi

image

2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan əks-hücum əməliyyatı şanlı Qələbə ilə başa çatmışdır. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etmiş və torpaqlarımızı işğaldan azad etmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.

Saday Qasımov
Azərbaycan Tibb Universitetinin1-ci kurs tələbəsi

Digər xəbərlər