PDF Oxu

Siyasət

  • 1 292

“Azərbaycan-Türkiyə Beyin Mərkəzləri Forumunun strateji əhəmiyyəti artır” - POLİTOLOQ

image

"Bu forumun keçirilməsi son dərəcə önəmli bir hadisədir. Çünki həm Türkiyədə, həm də dünyanın əksər ölkələrində beyin mərkəzləri dövlətin xarici siyasət strategiyasını formalaşdıran əsas mühərriklərdən biri kimi qəbul olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, bu mərkəzlər analitik qiymətləndirmələri, konseptual yanaşmaları və strateji təklifləri ilə dövlətlərin qərar vermə prosesinə ciddi təsir göstərirlər: "Bu baxımdan hesab edirəm ki, onların hazırladıqları təhlillər, təqdim etdikləri məlumatlar və analitik arayışlar dövlət üçün olduqca mühüm əhəmiyyət daşıyır və xarici siyasətin istiqamətlənməsində diqqətə alınan əsas mənbələrdən biri ola bilər. Həm Türkiyədə, həm də digər ölkələrdə fəaliyyət göstərən beyin mərkəzlərinin təcrübəsi fonunda azərbaycanlı ekspertlərin də bu platformalarda təmsil olunması, müzakirələrə qoşulması və analitik fikir mübadiləsində iştirak etməsi çox müsbət haldır. Bu, Azərbaycanın intellektual potensialının beynəlxalq səviyyədə daha güclü təqdim edilməsinə də töhfə verir.Gələcəkdə bu formatın genişlənməsi, digər türk dövlətlərinin, eləcə də müsəlman və dost–müttəfiq ölkələrin bu prosesə qoşulması ehtimalı yüksəkdir. Belə olacağı təqdirdə, forumun daha böyük coğrafiyanı əhatə etməsi və beynəlxalq miqyas almaqla regional inteqrasiyada mühüm rol oynaması mümkündür. Xüsusilə də qloballaşma və inteqrasiya proseslərinin sürətləndiyi bir dövrdə bu cür platformaların yaradılması strateji baxımdan olduqca zəruri və əhəmiyyətlidir.Ümumilikdə düşünürəm ki, bu forum gələcəkdə özünəməxsus müsbət tendensiyalar formalaşdıracaq, analitik əməkdaşlığı daha da dərinləşdirəcək və yaxın perspektivdə həm Azərbaycan, həm də bölgə üçün faydalı nəticələr verəcək".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər