PDF Oxu

Siyasət

  • 1 273

Bruney Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

image

Bruney Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri.

Bruney Darüssalam ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Son otuz il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və ortaq dəyərlər əsasında səmimi və möhkəm dostluq münasibətləri formalaşıb. Əminəm ki, bu sıx münasibətlər qarşıdakı illərdə daha da güclənəcəkdir.
Həmçinin ölkələrimizin, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün birlikdə çalışmasını səbirsizliklə gözləyirəm. Bu mühüm qurumlarda birgə səylərimiz xalqlarımızın və çox geniş qlobal birliyin rifahı naminə sülhün, harmoniyanın və davamlı inkişafın daha da möhkəmlənməsinə olan ortaq öhdəliyimizi əks etdirir.
Bu əlamətdar hadisəni qeyd etdiyimiz zaman Allah-taala Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah nəsib etsin.
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

Digər xəbərlər