Bir sıra xarici media orqanlarında Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanada öldüyü barədə məlumat yayıb. Yayılan məlumatlar Pakistan dövlətinin müvafiq qurumları tərəfindən təsdiqini tapmayıb. Bununla belə İmran Xanın yaxınları, tərəfdarları məsələnin aydınlaşdırılması üçün hökumətə müraciət ediblər. Məlumata görə, İmran Xanın tərəfdarları həbsxananın qarşısına toplaşaraq rəhbərlikdən izahat tələb edirlər.
Pakistan medası məsələ ilə bağlı hələ ki, susur, hökumət nümayəndələri də fikir bildirmirlər. Bu isə müəmmalara yol açır. Bəzi məlumatlara görə isə, İmran Xan öldürülüb və onun cəsədi həbsxanadan çıxarılıb.