Noyabrın 28-i gecəsi Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Saratov Neft Emalı Zavoduna, Saki aerodromundakı PUA saxlama məntəqəsinə və bir neçə digər Rusiya hərbi obyektinə zərbələr endirib.Bu barədə Ukrayna Baş Qərargah məlumat yayıb. Rusiya işğal ordusunu dəstəkləyən Saratov Neft Emalı Zavodunda (51.459383, 45.932548) bir sıra partlayışlar qeydə alınıb, ardınca hədəf bölgəsində yanğın baş verib. Baş Qərargah əlavə edir ki, zərbələrin nəticələri müəyyənləşdirilir.
Krım Muxtar Respublikasının ərazisndə yerləşən Saki aerodromuna endirilən zərbələr nəticəsində aerodromdakı üç hərbi təyarə və onların avadanlıqları sıradan çıxarılıb. Eyni zamnda Orion və Forpost PUA-larının yerləşdiyi anqar məhv edilib. Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın komandanlıq məntəqəsinə və KamAZ hərbi yük maşınına zərbə endirib. Zərərin miqyası müəyyənləşdirilir.
Bundan əlavə, Donetsk və Luqansk vilayətlərində Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi ərazilərə və yanacaq-sürtkü yağları anbarlarına zərbələr endirilib. Nəticələr müəyyənləşdirilir.