ABŞ prezidenti Donald Tramp jurnalistlərlə görüş zamanı Co Bayden administrasiyası dövründə əfqanların yoxlanılması ilə bağlı sualdan sonra bir müxbiri "axmaq" adlandırıb. Bu barədə “European Pravda” məlumat yayıb. Nəşr yazır ki, bi müxbir Trampın öz administrasiyasının bəzi üzvləri ABŞ-dakı əfqanların hərtərəfli yoxlanışdan keçdiyini iddia edərkən niyə sələfi Co Baydeni günahlandırdığını soruşub."Sən axmaqsan? Sən axmaq insansan? Çünki onları içəri buraxıblar", - deyə Tramp müxbirin sözünü kəsərək bildirib. D. Tramp Talibanın hakimiyyətə qayıtmasından sonra Əfqanıstandan qaçan insanlarla dolu Amerika hərbi təyyarəsinin fotosunu göstərib.Amerika prezidentinin sözlərinə görə, bu əfqanlar "burada olmamalı olan minlərlə başqa insanla birlikdə gəliblər və sən sadəcə suallar verirsən, çünki sən axmaq insansan".
Qeyd edək ki, nNoyabrın 27-də Ağ Evin yaxınlığında atışma baş verdiyi, nəticədə iki Milli Qvardiya əsgərinin güllə yarası aldığı, onlardan birinin sonradan öldüyü bildirildi.ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları 29 yaşlı Əfqanıstan əsilli Rəhmanullah Laqanvalı atışmada şübhəli kimi təyin ediblər.Şübhəlinin qohumu bildirib ki, o, Əfqan ordusunda 10 il xidmət etdikdən sonra 2021-ci ilin sentyabrında ABŞ-a gəlib və orada ABŞ xüsusi təyinatlıları ilə birlikdə çalışıb.Atışmadan sonra ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) Əfqan vətəndaşları ilə bağlı bütün immiqrasiya sorğularını qeyri-müəyyən müddətə dayandırıb.
D. Tramp isə bildirib ki, o, "bütün üçüncü dünya ölkələrindən" immiqrasiyanı "daimi" dayandırmaq istəyir.
Qismət