PDF Oxu

Siyasət

  • 994

Yasamal rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “İnşaatçılar pr.62” (16 nömrəli şəhər poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

16 nömrəli şəhər poliklinikasının baş həkimi Sara Çaparlı çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini qeyd edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbul olunması müasir Azərbaycanın inkişafının möhkəm təməlini formalaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin bərpası isə Azərbaycanın siyasi müstəqilliyini gücləndirdi, beynəlxalq arenada mövqelərini möhkəmləndirdi.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.
16 nömrəli şəhər poliklinikasının baş həkimi Sara Çaparlı ərazi partiya təşkilatının sədri, həkim Tahirə İsmayılova isə sədr müavini seçilib.

Digər xəbərlər