PDF Oxu

Siyasət

  • 1 242

Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolu əsaslı təmir olunacaq

image

Zərdab rayonunun Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolu əsaslı təmir olunacaq.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun əsaslı təmiri məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi bu avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini 2026-cı ilin dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Digər xəbərlər