PDF Oxu

Siyasət

  • 961

"Laçının azad edilməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir" - ŞƏRH EDİLDİ

image

"Laçının işğaldan azad edilməsi Azərbaycan dövləti və xalqı üçün strateji, siyasi və mənəvi baxımdan son dərəcə əhəmiyyətli bir hadisə idi. Otuz ilə yaxın davam edən işğalın sona çatdırılması təkcə torpaq bütövlüyünün bərpası demək deyil, həm də tarixi ədalətin təmin olunması, bölgədə sülh və təhlükəsizlik üçün yeni bir mərhələnin başlanğıcı deməkdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, bu məsələnin həlli, şübhəsiz ki, böyük siyasi iradə, dəqiq strateji yanaşma və qətiyyət tələb edirdi:"Cənab Prezident İlham Əliyev bu prosesin hər mərhələsini çox qısa zamanda, lakin olduqca peşəkar və uğurlu şəkildə həyata keçirdi. Dünyada bu cür mürəkkəb və həssas məsələlərin diplomatik yolla, hərbi əməliyyatsız, atəş açılmadan həll edilməsi çox nadir hallarda baş verir. Azərbaycan isə Prezidentin apardığı ardıcıl, düşünülmüş və güclü siyasi xəttin nəticəsi olaraq məhz bu uğuru əldə etdi. Laçınla yanaşı, Kəlbəcər və Ağdam rayonlarının da bir güllə belə atılmadan işğaldan azad edilməsi dövlətimizin diplomatik üstünlüyünün, siyasi nüfuzunun və beynəlxalq arenada güclənən mövqeyinin bariz göstəricisidir. Bu nailiyyət həm də xalq-iqtidar birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin təcəssümüdür. Bu tarixi hadisə münasibətilə bütün laçınlıları ürəkdən təbrik edir, onların doğma yurdlarına qayıdış yolunda qarşıda duran bərpa-quruculuq işlərinin uğurla davam etməsini arzulayıram. Laçının azad edilməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir və bu günümüz gələcəyə daha böyük inamla baxmağımız üçün mühüm əsas yaradır".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər