Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forum Assosiasiyanın prezidenti Kol Dürhamla qarşı tərəfin istəyi əsasında videokonfrans formatında görüşüb.QMİ-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər.A.Paşazadə Assosiasiyanın fəaliyyətini və onun dünyanın müxtəlif yerlərində keçirilən beş forumda ardıcıl iştirakını yüksək qiymətləndirib, platformanın işinə töhfəsini əsirgəmədiyini qeyd edib. G20 Dinlərarası forumlarında iştirakını bu platformaya və onun fəaliyyətinə yüksək ehtiramının sübutu kimi vurğulayan QMİ sədri diqqətə çatdırıb ki, insan həyatına, bəşəriyyətin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması, qlobal dialoqun təşkili zəruridir.K.Dürham isə A.Paşazadəyə G20 Dinlərarası forumlarda fəal iştirakına görə minnətdarlığını bildirib. ABŞ-a səfəri çərçivəsində keçirilən görüşdə o, Forumun struktur islahatları ilə bağlı şeyxülislamın təcrübəsindən yararlanaraq tövsiyələrini verməsini xahiş etdiyini və proses zamanı məlumat mübadiləsi aparmaq barədə razılığa gəldiklərini xatırladıb.A.Paşazadə təklif olunan islahatları yüksək qiymətləndirib, K.Dürham isə tövsiyələrin islahatlar zamanı nəzərə alınacağına söz verib.Tərəflər Dinlərarası forum çərçivəsində daimi fəaliyyət göstərəcək dinlərarası şuranın yaradılmasını müzakirə ediblər.