PDF Oxu

Siyasət

  • 1 019

"Xəyanət bağışlanmamalıdır və heç zaman da bağışlana bilməz" - ŞƏRH EDİLDİ

image

"Proseslərin təhlili göstərir ki, özünü uzun müddət sadiq dövlət məmuru kimi göstərən Ramiz Mehdiyev, dövlət daxilində eyni zamanda öz məkirli niyyətlərini həyata keçirmək üçün müəyyən fəaliyyətlər göstərib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, bu prosesin təhlili onu da göstərir ki, bu məsələdə Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli sinxron şəkildə fəaliyyət göstəriblər: "Əsas amal və məqsəd isə dövlətçiliyimizə qarşı yönəlib və onun sarsıdılmasına xidmət edib. Yəni, dövlətin həyata keçirdiyi siyasətə qarşı çıxmaq niyyəti daşıyıb. Son araşdırmalar da açıq şəkildə göstərir ki, bu proses bu gün də öz təsirini göstərməkdədir və bu, ictimai-siyasi münasibətlərə də təsir edir. Həmin qruplar şəxsi maraqlarını hər zaman hər şeydən üstün tutublar və Azərbaycandakı vəziyyətə qarşı çıxmaq üçün bütün imkanlardan istifadə ediblər. Bu mənada, məsul qurumların belə bir araşdırma aparması, belə addım atması və bu istiqamətdə fəaliyyət göstərməsi çox önəmlidir və xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizə qarşı yönəlmiş təxribatların və xoşagəlməz halların qarşısı ən qısa zamanda alınmalıdır. Bu məsələlərlə bağlı barışmaz və qəti mövqe sərgilənməlidir. Xəyanət bağışlanmamalıdır və heç zaman da bağışlana bilməz. Hazırda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər çox vacib və önəmlidir və Azərbaycan xalqı tərəfindən də yüksək qiymətləndirilir. Biz dövlətimizin təhlükəsizliyini qorumaq, onun qarşılaşdığı problemlərin qarşısını almaq üçün mütləq şəkildə effektiv addımlar atmalı və bu cür təxribatların qarşısını almalıyıq".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər