PDF Oxu

Siyasət

  • 1 269

"Güclü Azərbaycanı qəbul edə bilmirlər" - MÖVQE

image

"Rusiya, Azərbaycanın işğal etdiyi dönəmdən etibarən daim müxtəlif səviyyələrdə buradakı varlığını sürdürməyə çalışırdı. İstər cəmiyyətin fərqli təbəqələrində, istərsə də yüksək elitasında uzun müddət öz təmsilçiliyini qoruyub saxlayıb". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.Onun sözlərinə görə, sovetlər dönəmi isə bunun üçün xüsusilə geniş imkanlar yaradıb və həmin təsirin illərlə davam etməsinə zəmin hazırlayıb: "Lakin Azərbaycanın getdikcə güclü regional aktora çevrilməsi, dövlət maraqlarını özü müdafiə etməsi – Vətən müharibəsi bunun ən bariz nümunəsidir – həyata keçirdiyimiz milli iradə və dövlət gücü artıq müstəmləkə təsirinin zəifləməsinə ciddi şəkildə təsir göstərib. Bu proses, əslində, ölkəmizin öz siyasi xəttini sərbəst şəkildə formalaşdırmağa başlamasının nəticəsi kimi ortaya çıxıb.Bir sözlə, güclü Azərbaycanın inşasını qəbul edə bilmirlər və bunun qarşısını almaq üçün hər cür yoldan, vasitədən istifadə etməyə çalışırlar. Bu gün yaşananlar da məhz həmin uzunmüddətli prosesin davamıdır və müxtəlif təzyiq formalarında özünü göstərməkdədir.Amma artıq Azərbaycan öz “bədənini təmizləməlidir” və bu, mərhələli şəkildə həyata keçiriləcək bir prosesdir. Dövlətin suverenliyinə və milli maraqlarına zidd olan qüvvələr zamanla təsir imkanlarını itirəcək, nəticədə isə ölkəmiz “5-ci kolon”dan tam şəkildə arınacaq. Bu isə həm təhlükəsizliyimizin möhkəmlənməsi, həm də milli birliyimizin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər