05 dekabr 2025-ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov rayon təşkilatının qərargahında Respublika üzrə Məktəblilərarası “Milli Hakaton–2025” müsabiqəsində 3-cü yerə layiq görülmüş Əsəd Məmmədov adına Tərtər şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Ağalarov Samir Sahib oğlunu qəbul edib. Görüş məktəbin direktoru Amil Hüseynov və şagirdin müəlliminin iştirakı ilə çay süfrəsi ətrafında baş tutmuşdur.
Rayon təşkilatının sədri Eldar Əsədov Samir Ağalarovu əldə etdiyi nailiyyət münasibətilə təbrik edərək ona uğurlar arzulamışdır.
Yarışda göstərdiyi yüksək nəticəyə görə Samir Ağalarov YAP Tərtər rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.