Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiya veteranı, rayon təşkilatının ictimai-siyasi həyatında uzun illər fəallıq göstərmiş Mustafayev TofiqYaqub oğlunun 75 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
Yubilyar Tofiq Mustafayev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söylədi.
YAP Kürdəmir rayon təşkilatı tərəfindən Tofiq Mustafayevə partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirakına görə Fəxri Fərman və hədiyyə təqdim edilib.