PDF Oxu

Siyasət

  • 1 422

"Heydər Əliyev milli siyasətin təməlini qoydu" - DEPUTAT DANIŞDI

image

"Azərbaycan Cənubi Qafqazda və beynəlxalq münasibətlər sistemində elə bir mövqe müəyyən edib ki, bu mövqe yalnız ümumi əməkdaşlığa, xalqların rifahına və sülhə əsaslanır. Şübhəsiz ki, bütün bu reallıqların təməlində Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasət dayanır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.Onun sözlərinə görə,1993-cü ildə Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsi Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdi: "Ümummilli Lider Heydər Əliyev həm də regional aktorlarla münasibətləri normallaşdırmağı əsas tutdu. Məhz bu düşünülmüş siyasət uğurlarımızın açarı oldu. Azərbaycan xalqının resursları milli maraqlar baxımından istifadə olundu.Müstəqilliyimizi ikinci dəfə əldə etməklə və dövlət təsisatlarını demək olar ki, ikinci dəfə sıfırdan formalaşdırmaqla bütün dünyaya göstərdik ki, dövlət yaratmaq istiqamətində həm əzmimiz, həm də təcrübəmiz var. Cənab Prezident İlham Əliyev tərəfindən Müstəqillik Gününün yenidən bərpa edilməsini vurğulayan tarixi və uzaqgörən qərar da məhz bu amillərlə bağlı idi. Müstəqilliyimiz müxtəlif illərdə baş verən ictimai-siyasi proseslər nəticəsində əlimizdən alınsa da, Azərbaycan xalqı tarix boyu təslim olmadı.Bu xarakter üzərində formalaşan böyük və qürurlu xalq öz ərazilərini azad etdi, ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Birlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandanın siyasətini dəstəklədi. Şübhəsiz ki, bu siyasət Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinə əsaslanır. Ulu Öndər tərəfindən formalaşdırılan “Azərbaycançılıq” ideologiyası ümumxalq ideologiyasıdır.Heydər Əliyev Azərbaycan xalqını sadəcə vahid və yetkin ideologiya ətrafında birləşdirmədi, həm də dövlət qurumlarını yenidən formalaşdırdı və Azərbaycanda hakimiyyətin mərkəzləşmiş formada fəaliyyətini təmin etdi. Ordu quruculuğu, iqtisadiyyatımızın inkişafı, beynəlxalq münasibətlərdə layiqli yerimizin təmin olunması – bütün bunlar Heydər Əliyev kimi dahi bir siyasətçinin adı ilə bağlıdır. Regional siyasətə verilən önəm cənab Prezident İlham Əliyev tərəfindən də hər zaman davam etdirilib. Bunun nəticəsidir ki, regional layihələrdə hər bir tərəf iştirak etməyə can atır. Böyük Zəfərdən dərhal sonra regional əməkdaşlığı təşviq etmək üçün bir neçə platforma təklif etdik. Bu gün bu platformalara can atan tərəflər Azərbaycanın roluna xüsusi toxunurlar. Azərbaycan etimad göstərilən tərəf, Lideri isə geniş vizyona sahib olan liderdir.Ümummilli Lider Heydər Əliyev Azərbaycan cəmiyyətini ideoloji baxımdan gücləndirməyə xüsusi önəm verirdi. Bu yol Müzəffər Ali Baş Komandan tərəfindən də uğurla izlənir. Xalqımız tarixini heç zaman unutmamalı, habelə inkişaf yolundan da yayınmamalıdır. Ümummilli Lider Heydər Əliyevin idealları cənab Prezident İlham Əliyev və Azərbaycan xalqı tərəfindən yaşadılır”.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər