PDF Oxu

Siyasət

  • 390

Tarixin fenomen LİDERİ - TƏHLİL

image

Ulu Öndər Heydər Əliyev qurucu lider, dahi şəxsiyyət olaraq daim xalqın qəlbində yaşayacaq

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Tarixi yaradan və yaşadan dahi şəxsiyyət Heydər Əliyev bütün ömrünü xalqımızn rifaha halının yaşxılaşmasına, dövlətimizin beynəlxalq alə\mdə mövqelərinə həsr etmişdir. Ulu Öndər Heydər Əliyev tarixi çıxışlarının birində deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu kəlam reallığa çevrildi və Azərbaycan dünyanın ən ikişaf edən, qüdrətli dövlətlərdən biri oldu. Bu gün Azərbaycanın adı dünya xalqları tərəfindən hörmətlə çəkilir, xarici dövlətlər ölkəmizlə iki və çoxtərəfli əlaqələr qurmağa, məməkdaşlıq münasibətləri yaratmağa can atır. Azərbaycanın dəstəyi olmadan heç bir regional layihə reallaşa bilməz. İkinci Qarabağ müharibəsində 30 illik erməni işğalına son qoyulması və ərazi bütövlüyünü, suverenliyinin bərpa edilməsi ilə Azərbaycan regionda yeni reallıqlar yaratdı. Buna görə Dahi Öndərimiz Heydər Əliyevə minnətdarıq. Onun həyat yolu, gördüyü xeyirli, gərəkli işlər nümunəvi məktəbdir. Hələ sövetlər birliyi dövründə Azərbaycana rəhbərlik etdiyi dönəmdə Dahi Öndər Heydər Əliyev respublikamızın inkişafına, xalqın oyanışına, təşəkkül tapmasına xüsus önəm vermişdir.

Xalqa bəxş edilən şərəfli ömür

Ulu Öndərimiz Heydər Əliyevin düzgün, məqsədyönlü siyasəti nəticəsində 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki illəri iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, əhalinin güzəranı qat-qat yaxşılaşdı. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın nüfuzlu hərbi məktəblərində hərb sənətinin sirlərinə yiyələnirdi. Ulu Öndər Heydər Əliyev həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ümummilli Lider Heydər Əliyev çox sonralar – 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı xatırlamışdı: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən, sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər".

Ulu Öndərin qeyd etdiyi istəklər nəhayət 1991-ci il də reallaşdı, Azərbaycan müstəqil dövlət oldu. Lakin dövlətin sükanı arxasında səriştəsiz, bacarıqsız şəxlərin olması dövlətçiliyin məhv edilməsini üz-üzə qoymuşdur. Zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində heç bir təsəvvürə malik olmayan hakimiyyət ölkəni ağır bəlalara sürükləyirdi. Ölkə daxili vəziyyətin idarə olunmaz durumda olmasından istifadə edən erməni hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Bu kimi ağır problemlərin həllinə səy göstərməkdənsə AXC-Müsavat iqtidarı narazı xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. 1993-cü ilin iyun hadisələri ölkə daxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq üçün ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı “Səs” qəzeti vasitəsi Ulu Öndərimizə müraciət etdi. Müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.Ümummilli lider Heydər Əliyev “Səs” qzəeti vasitəsi ilə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Xalq öz liderinə öz təşəkkürünü bildirmək üçün ona bir ad verdilər- Ümummilli Lider

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zaman kı, gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti faciələrdən xilas ola bildi. Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, iqtisadi, hərbi, diplomatik nailiyyətlərin əldə olunması üçün geniş və əhatəli zəmin yaradıldı. Ölkə də yaranan ictimai siyasi sabitlik, iqtisadi dirçəliş xalqın əyilmiş qəddini düzəltdi. Xalq öz liderinə buna görə öz təşəkkürünü bildirmək üçün ona bir ad verdilər- Ümummilli Lider. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də, dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu. Bu baxımdan haqlı olaraq 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsi olaraq qeyd olunur. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun”. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu müqavilədən sonra xeyli sayda neft-qaz sazişlərinin imzalanması, hazırda ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 120 milyard dollardan artıq olması da deyilənlərin təsdiqidir. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. 1995-ci ilin noyabrında Dahi Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin gələcəyinin müəyyənləşdirilməsində mühüm istiqamətlərdən oldu. 1998-ci il avqusun 6-da Ulu Öndər Heydər Əliyevin qərarı ilə Şərqdə ilk dəfə olaraq ölüm hökmünə qoyulan moratorim tamamilə ləğv edildi. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş və 2001-ci ilin 25 yanvarında Azərbaycan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildi. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşməsinə nailı olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaldı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Bütün bunlara əsaslanaraq birmənalı şəkildə o faktı qeyd etmək olar ki, Dahi Öndər Heydər Əliyev Azərbaycan dövlətinin qururusu, xalqımızın xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf strategiyası həyata keçirməklə sübuta yetirib.

Yeniləşən və inkişaf edən Azərbaycan

2003-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığı ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirlməkdədir. Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və dövlətimizin beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə, sosial-iqtisadi gücünün, hərbi-siyasi qüdrətinin daha da artmasına əhəmiyyətli tövfələr verir. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsində Ulu Öndərimiz Heydər Əliyev demişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bəli, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin Ona olan inam və etimadını ən yüksək səviyyədə doğrultdu. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində ölkəmiz dünyanın ən aparıcı, qüdrətli dövlətlərdəndir. Görülən, həyata keçirlən uğurların ən yüksək zirvəsi isə 30 il erməni işğalı altında olmuş torpaqlarımızn azad edilməısidir. 2020-ci ilin sentyabrən 27-də başlayan Vətən Müharibəsi ilə Ermənistanın 30 ilə yaxındır ki, qurduğu mühəndis-istekam qurğuları, yüzlərlə hərbi texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Dəyəri 4 milyard ABŞ dolları olan hərbi texnikası qənimət olarq götürüldü. Bu böyük qələbəmizdir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın: "Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Bu gün işğaldan azad edilən ərazilərimizdə yeni həyat qurulur. İnsanlar aparılan genişmiqyaslı quruculuq,tikinti, təmir və bərpa işlərindən sonra öz doğma yurd yuvalarına qayıdırlar. Əhali öz evində, həyətində Allaha şükürlər edir və güclü, qüdrətli Azərbaycan quran Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyir, Prezidentimiz, Fateh Sərkərdəmiz İlham Əliyevə can sağlığı,uzun ömür arzulayırlar. Təbii ki, Azərbaycan durduqca Ulu Öndər Heydər Əliyev siyasəti də yaşayacaq və xalqımıza rifah, dövlətimizə yeni-yeni qələbələr, zəfərlər gətirəcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər