PDF Oxu

Siyasət

  • 1 063

"Azərbaycan-Slovakiya münasibətləri qlobal əməkdaşlıq mərhələsinə yüksəlir" - ŞƏRH EDİLDİ

image

"Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqdan daha geniş – qlobal əməkdaşlıq mərhələsinə keçdiyini göstərdi. Keçən il imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldırıb və səfər çərçivəsində siyasi, iqtisadi, enerji, müdafiə sənayesi, nəqliyyat, texnologiya və humanitar sahələr üzrə çoxşaxəli danışıqlar aparılıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.Onun sözlərinə görə, səfərin əsas istiqamətlərindən biri enerji əməkdaşlığı oldu:"2024-cü ildə Azərbaycan qazının ilk dəfə Slovakiyaya çatdırılması mühüm hadisə kimi qiymətləndirildi və qaz təchizatının həcminin artırılması, uzunmüddətli müqavilələrin bağlanması barədə razılıq əldə edildi. Azərbaycanın artan enerji potensialı gələcəkdə Slovakiyaya və onun qonşularına daha böyük həcmdə qaz ixracını mümkün edəcək.İqtisadi münasibətlər də diqqət mərkəzində olub. Birgə iqtisadi işçi qrupunun fəaliyyətinin genişləndirilməsi, Slovakiya şirkətlərinin Azərbaycanda infrastruktur, sənaye, kənd təsərrüfatı və digər sahələrdə layihələrə cəlb edilməsi müzakirə edilib. Qarşılıqlı investisiyaların artırılması hər iki ölkə üçün yeni iqtisadi imkanlar açır. Müdafiə sənayesi sahəsində tərəflər texnologiya transferi, birgə istehsal və yeni layihələr üzərində əməkdaşlıq imkanlarını araşdırır. Slovakiyanın yüksək səviyyəli nümayəndələrinin Azərbaycanda keçirilən qələbə günü tədbirlərində iştirakı iki ölkə arasındakı dostluğun dərinliyini göstərib. Nəqliyyat və Orta Dəhliz çərçivəsində əməkdaşlıq da mühüm istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin əsas qovşağına çevrilərək Slovakiya üçün yeni tranzit və logistika imkanları yaradır. Orta Dəhliz üzərində işin gücləndirilməsi ticarətin və əlaqələrin daha da inkişafına xidmət edəcək.Rəqəmsal texnologiyalar, data mərkəzləri, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq geniş perspektiv vəd edir. Azərbaycanın enerji imkanları və infrastruktur potensialı Slovakiya texnologiyaları ilə birləşərək innovativ layihələr üçün əlverişli şərait yaradır. Humanitar və mədəni sahələrdə də əməkdaşlıq gücləndirilir. Tələbə mübadiləsi, elmi-tədqiqat layihələri, mədəni tədbirlər və diasporla əlaqələr xalqlar arasında yaxınlaşmanı artırır. Azərbaycan–Slovakiya əməkdaşlığı həm ikitərəfli münasibətlərin inkişafına, həm də Avropa–Qafqaz əlaqələrinin genişlənməsinə töhfə verir. Slovakiya Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığında mühüm körpü rolunu oynayır. Enerjidən sənayeyə, rəqəmsal texnologiyalardan mədəniyyətə qədər geniş sahələri əhatə edən bu əməkdaşlıq gələcək illərdə daha da dərinləşəcək və hər iki ölkə üçün böyük faydalar verəcək".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər