PDF Oxu

Siyasət

  • 1 017

"Ulu Öndərin anım günü Azərbaycanın siyasi yaddaşında xüsusi yerə malikdir" - ŞƏRH

image

"Ulu Öndər Heydər Əliyevin anım günü Azərbaycanın siyasi yaddaşında xüsusi yerə malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.Onun sözlərinə görə, dövlətçilik fəlsəfəsi bu gün də ölkənin strateji inkişaf xəttinin əsasını təşkil edir: "Heydər Əliyevin siyasi irsi yalnız tarixi yaddaş deyil, həm də hazırkı dövlət idarəçiliyinin dayaqlarıdır. Onun müəyyənləşdirdiyi milli inkişaf modeli müstəqil dövlətin möhkəmləndirilməsi, iqtisadi sabitliyin təmin edilməsi və regional siyasətdə balanslaşdırılmış xəttin qurulması kimi fundamental istiqamətləri əhatə edir. Bu gün Azərbaycanın xarici siyasət istiqamətlərində müşahidə olunan çoxşaxəli diplomatiya məhz Heydər Əliyevin müəyyən etdiyi rasional və praqmatik yanaşmanın davamıdır. Regional təhlükəsizlik məsələlərində onun qoyduğu strateji prioritetlər, xüsusən də milli maraqların hər şeydən üstün tutulması prinsipi hazırkı geosiyasi şəraitdə ölkənin mövqeyini gücləndirir. Eyni zamanda, enerji layihələri, nəqliyyat dəhlizləri və beynəlxalq tərəfdaşlıqlar sahəsində bu gün əldə olunan uğurlar Ulu Öndərin vaxtında formalaşdırdığı konseptual yanaşmanın nəticəsi kimi qiymətləndirilir.Daxili siyasətdə onun əsas irsi sabitlik, hüquqi dövlət quruculuğu və cəmiyyətin konsolidasiyasıdır. Müstəqilliyin ən çətin dövrlərində qəbul etdiyi qərarlar bu gün Azərbaycanda güclü dövlət institutlarının mövcudluğunu təmin edən əsas amillərdən biridir. Politoloq olaraq qeyd etmək olar ki, Heydər Əliyevin siyasi xətti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni şəraitə uyğun daha da gücləndirilir və inkişaf etdirilir".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər