"Dövlət Təhlükəsizliyi Xidmətinin son əməliyyat-axtarış tədbirləri bir daha göstərdi ki, ölkəmizdə stabilliyin qorunması möhkəm əllərdədir və “beşinci kolon” adlandırılan xəyanət şəbəkəsinin gizli əməlləri cəzasız qalmayacaq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.Onun sözlərinə görə, xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlatıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunur, istintaq qarşısında cavab verirlər: "Onlara nə “akademik”, “demokrat”, “islahatçı” kimi saxta titullar, nə uzun müddət xidmət etdiklər dövlət və ya dövlətlər belə yardımçı ola bilməyəcəklər. Tamamilə aydındır ki, 2013-cü ildə prezident seçkiləri ərəfəsində Rusiyadakı mərkəzlərdın idarə olunan və yaradılan anti-milli “şuralar”ın məqsədi Azərbaycanı yenidən anarxiyaya sürükləmək və Ramiz Mehdiyevin 2003-cü ildə yarımçıq qalmış xüsusi planını reallaşdırmaq idi. Güclü Azərbaycan hakimiyyəti və möhkəm xalq-iqtidar birliyi məhz həmin məkirli planların reallaşmasına imkan vermədi və anti-milli qüvvələr əmin olunslar ki, gələcəkdə də istənilən belə addımların qarşısı qətiyyətlə alınacaq.Ərazi bütövlüyü və suverenliyi tam bərpa etmiş Azərbaycan daha güclüdür və ölkəmizdə ictimai-siyasi stabilliyə nəzarət möhkəm əllərdədir. Əlaltılar unudurlar ki, Azərbaycan AXC-Musavat qrupunun səriştəsiz idarəetməsi nəticəsində tənəzzülə uğrayan ötən əsrin 90-cı illərinin əvvəllərindəki ölkə deyil. Azərbaycan rəhbərliyi istər daxili, istərsə də xarici antiazərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və hər zaman da alacaq.Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. Vətənə xəyanətin isə heç zaman bəraət yeri yoxdur.
Müəllif: Ziya Hikmətoğlu