11 dekabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının əməkdaşları, partiya veteranları, partiya üzvü olan şəhid ailələri və qazilər, Ərazi Partiya Təşkilatlarının nümayəndələri, gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra onlar Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Tədbir iştirakçıları mərkəzdə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı ömür yolundan bəhs edən kitab sərgisi və muzey eksponatları ilə tanış olublar, həmçinin onlara Ulu Öndərin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonda xatirə şəkli çəkdirilib.