YAP Sabunçu rayon təşkilatının Maştağa qəsəbəsi, Nəriman Nərimanov küçəsi 42(Maştağa Xəstəxanası) ünvanı üzrə ərazi ilk partiya təşkilatında Ümummili Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Tədbir Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli ideologiyanın formalaşması və müasir dövlət quruculuğunun elmi-nəzəri əsaslarla inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın tarixində silinməz iz qoymuş, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasətində öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə seçilən dahi şəxsiyyətdir.
Çıxış edən ərazi partiya təşkilatının sədri Namiq Nəbiyev Ulu Öndərin hakimiyyətə gəlişi ilə ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bu inkişaf strategiyasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini, bugün isə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Çıxışlarda ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev siyasətinin nəticəsi olduğu qeyd olunub.