PDF Oxu

Siyasət

  • 973

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

image

Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.SİA xəbər verir ki, tədbirdə Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında oynadığı tarixi rol, onun siyasi uzaqgörənliyi və yaratdığı möhkəm idarəçilik ənənələri geniş şəkildə diqqətə çatdırılıb.Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2025-ci ilin ölkədə "Konstitusiya və Suverenlik İli" elan edilməsi Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərinin məntiqi davamı olmaqla, onun dövlətçilik irsinə dərin ehtiramın göstəricisidir.Baş prokuror qeyd edib ki, Heydər Əliyevin həm sovet dövründə respublikamızı böyük inkişaf yoluna çıxarması, həm 20 Yanvar faciəsi zamanı xalqın hüquqlarını cəsarətlə müdafiə etməsi, həm də 1993-cü ildə ölkəyə rəhbərliyə qayıdaraq siyasi xaosu aradan qaldırması müasir Azərbaycanın taleyində həlledici rol oynayıb.Bildirilib ki, Ulu Öndərin rəhbərliyi ilə əldə edilən 1994-cü il atəşkəsi, "Əsrin müqaviləsi"nin imzalanması, qlobal enerji və infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də hüquq sistemində aparılan islahatlar Azərbaycanın dayanıqlı və güclü dövlətə çevrilməsi üçün möhkəm baza yaradıb.Baş prokuror qeyd edib ki, bu gün ölkədə hüququn aliliyinin təmin olunması və institusional islahatların uğurla həyata keçirilməsi məhz Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın verdiyi möhkəm hüquqi baza üzərində qurulub.Diqqətə çatdırılıb ki, dahi liderin dövlətçilik fəlsəfəsi bu gün Prezident İlham Əliyev tərəfindən Birinci vitse-prezident Mehriban Əliyevanın da yaxından iştirakı ilə yeni mərhələdə uğurla davam etdirilir.Belə ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq prosesi və dövlətimizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması məhz Ulu Öndərin müəyyən etdiyi strateji kursun məntiqi nəticəsidir.Sonda Ümummilli Liderin xatirəsinə həsr olunmuş "Xalqın Adamı: Xalqını zülmətdən işığa çıxaran böyük xilaskar" sənədli filminə baxılıb.

Digər xəbərlər