PDF Oxu

Siyasət

  • 1 143

Sülh danışıqlarını pozmaq cəhdində NİYYƏTLƏR VƏ SƏBƏBLƏR - TƏHLİL

image

Müharibəyə fokuslanmaq, arxalanmaq və bununla da müəyyən niyyət güdmək hələ də ön plandadır. Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi artıq çoxdan beynəlmiləlləşib. Bu baxımdan, sülh planının son günlər qlobal xəbərlərdə üstünlük təşkil etməsi heç də təsadüfi deyil. Özü də məhz əsas məzmununa görə də deyil, sülhün mümkünlüyünü pozmağa yönəlmiş təxribatların çoxluğuna görə bunu müşahidə etməkdəyik. Mahiyyət etibarı ilə bu, həm də ən azından, informasiya məkanında beynəlxalq terror kimi təəssürat bağışlayır.

Avropa Trampın sülh planından şoka düşüb. İnformasiya şantajının və təxribatın qlobal siyasətin yeni reallıqları kimi ortaya çıxması da bu baxımdan başadüşüləndir. Qərbin saxtakarlıq diplomatiyasının yenə də “fəaliyyətdə” olduğu heç də diqqətdən yayınmır. Məhz bu baxımdan da Rusiya liderinin fikirləri tamamilə yerinə düşür. “Qulaq asmaq əslində cinayətdir. Ən azından bizim özümüz üçün dinləmə qadağandır”, deyə Rusiya prezidenti Vladimir Putin bəyan edib və onun fikirləri heç də səbəbsiz sayıla bilməz.Sülh dialoqunu pozmaq niyyəti və bəlli məqsədlər ortadadır. Bloomberg qlobal dezinformasiya kampaniyasına artıq başlayıb. İddialara görə, agentlik Trampın xüsusi elçisi ilə Rusiya nümayəndələri arasında danışıqların nədən ibarət olması ilə bağlı məlumatlara malikdir. Hətta qeyd olunur ki, Uitkoff Ukrayna planını Trampa necə təqdim etmək barədə Rusiyaya məsləhət də verib. Bəli, Qərb mediası dərhal iş başındadır və bəlli niyyətlərə fokuslanıb. Təbii ki, Bloomberg-in bu məsələyə “qoşulması” və hətta qarışması heç də təsadüfi deyil. Doğrudur, agentlik Amerikaya məxsusdur. Lakin son vaxtlara qədər Kanadanın hazırkı baş naziri və İngiltərə Bankının keçmiş qubernatoru onun sədri vəzifəsini icra edib. Unutmaq da lazım deyil ki, London müharibənin əsas “benefisiarlarından”, daha çox fayda güdənlərindən, faydalananlarından biri və bəlkə də birincisidir.Bu arada çox maraqlı, daha doğrusu, tük ürpədən fikirlər də ortaya çıxıb və həmin fikirlərin yayılması da təsadüfi sayılmır. “Sizin mübarizəniz bizim mübarizəmizdir və sizin döyüşünüz bizim döyüşümüzdür!”, deyə Kanadanın baş naziri Mark Karni vurğulayıb. Əslində, baş nazir Karninin vurğuladıqları əsl həqiqəti ortaya çıxarmaq üçün kifayət edir. Belə bəlli olur ki, məqsəd və niyyət müharibənin dayanmasına, sülh danışıqlarına mane olmaqdır. Bu baxımdan da indi onun dedikləri təbii ki, rezonans doğurmaya bilməz. Bu rezonansı müşahidə etmək də çətin deyil. “Düşünürəm ki, hərbi xərclərə və bu xərclərin əldə edəcəyi mənfəətin bölünməsinə “bağlı olan” Britaniya isteblişmenti Ukraynada sülh nizamlanmasına torpeda vurmaq üçün səylərini artırmağa davam edəcək”, deyə Rusiya Diplomatlar Assosiasiyasının sədr müavini Andrey Baklanovun bu fikirləri deyilənləri bir daha təsdiq edir.Heç şübhəsiz ki, məqsədin nədən ibarət olduğu bəlli olur və bəlli olan odur ki, baş verənlərin “əhəmiyyətini azaltmaq” ən əsas niyyət sayılır. Buna bəzən tüstü bombası diplomatiyası da deyilir. “ABŞ və Avropada sülh planını görmək belə istəməyən siyasətçilər var. Onlar Rusiyanın qələbə kimi görünən hər hansı bir istiqamətdə getməsini heç də istəmirlər. Əvvəldən Rusiyaya strateji məğlubiyyət vermək istəyənlər var və onlar heç də az deyillər”, deyə Amerika Universitetinin Nüvə Araşdırmaları İnstitutunun direktoru Peter Kuznikin bu şəkildə fikirlər bildirməsi məsələnin, yəni sülhə qarşı niyyətin çoxdan bəlli olduğunu göstərir.Məsələ burasındadır ki, təhlükə təkcə Ukrayna ilə müharibə məsələsində ancaq sülhə mane olmaq deyi. Belə görünür ki, Avropada yeni “təhlükəsizlik arxitekturası” məsələsi də var. Belə bir məqamda şəxsi söhbətlərin sızması heç də təsadüfi sayıla bilməz. “Bunlar başqa nöqteyi-nəzərdən çıxış edənlərin nümayəndələridir ki, pul oğurlamaq üçün Ukrayna hakimiyyəti ilə işləmək və sonuncu ukraynalı öldürülənə qədər mübarizəni davam etdirmək istəyirlər”, deyə Putin əbəs yerə qeyd etməyib. Hər halda, Köhnə Dünyanın sülh danışıqlarına görə ən azından “inciməsi” başadüşüləndir. Ola bilsin ki, Avropa sənədin hazırlanmasında iştirak etmək üçün dəvət olunmadığını da bəhanə gətirə bilər. Amma məsələ heç də bu qədər bəsit və səthi deyil.“Sizin artıq şanslarınız olub, uşaqlar. Siz onlardan istifadə etmədiniz, onları boşa verdiniz”, deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edibsə, deməli, vəziyyət düşünüləndən də daha ciddidir. Belə çıxır ki, artıq hər şey geridə qalıb və kimlərsə nə qədər burun soxsalar da, artıq nəzərə belə alınmayacaq. Hər halda, xronologiyanın özü də bəzi məqamları aydınlaşdırmaq üçün kifayət edir. Minsk razılaşmalarından başlayaraq. Söhbət hansı razılaşmada getdiyi, zənnimizcə heç kim üçün sirr deyil. Bunun ardınca da 2022-ci ilin yazında İstanbul danışıqlarının pozulması da yaddan çıxası deyil. O da yaddan çıxan deyil ki, Boris Conson Kiyevi döyüşləri davam etdirməyə inandıranda London yenidən var gücü ilə “işə” başlamışdı. “Sülh nizamlanmasında iştirak edib-etməməyimizdən və iştirakımızdan belə asılı olmayaraq, Ukraynanın mübarizəni davam etdirməsi üçün hər şeyi etməliyik!”, deyə Britaniyanın baş naziri Keir Starmerin bəyan etdikləri artıq aqressiv yanaşma və əks istiqamətdə mövqe sərgiləmək kimi aydın şəkildə görünür.Ümuniyyətlə, belə aqressiv yanaşma heç də az sayda deyil. Görünən odur ki, sülh məsələləri ilə bağlı şök effekti verən ilkin addımdan belə sonra Avropa liderləri sanki hücuma keçiblər. "Bir müddət əvvəl təqdim olunan 28 bənd yekunlaşdırılmalıdır, azaldılmalıdır və onların bəziləri ümumiyyətlə qəbuledilməzdir", deyə Polşanın Baş naziri Donald Tusk bildirib. Belə mövqedə o heç də tək deyil. Məsələn, Fransa lideri də oxşar fikirlər səsləndirib. “Cenevrə danışıqları göstərdi ki, Ukrayna ordusuna heç bir məhdudiyyət qoyulmamalıdır”, deyə Fransa prezidenti Emmanuel Makronun bildirməsi artıq bəzi məqamlara aydınlıq gətirir. Daha dəqiq desək, görünən odur ki, bir növ, Avropa Ukraynada sülhdən sanki qorxur. Əslində, Avropa üçün Ukraynada gələcək sülh sözün əsl mənasında maliyyə itkisidir. Bəzi mənbələrə görə, onlar sözügedən münaqişədən artıq 200 milyard avrodan çox gəlir əldə ediblər. Bu qənaətə gəlmək üçün Rusiya liderinin fikirlərinə də diqqət etmək kifayət edir. “Sadəcə, orada bir az dəli və ya bir növ fırıldaqçı kimi görünən insanlar var. Onlar ya müdafiə sənayesinin və özəl şirkətlərin maraqlarına xidmət edirlər, ya da bu fonda öz daxili siyasi reytinqlərini yüksəltməyə çalışırlar”, deyə Putinin vurğulaması heç də səbəbsiz ola bilməz. Hər halda, Rusiya kimi bir ölkə prezidenti əsassız söz danışmaz və bu da onu deməyə əsas verir ki, ən əsası maraqlar var.Ən azından faktlara nəzər saldıqda görürük ki, həqiqətən də maraqlar var və bu maraqlar arasında ən çox diqqəti cəlb edən ilk növbədə maliyyə maraqlarıdır. İstərdik ki, dünya mediyasında öz əksini tapan faktları diqqətə çatdıraq. Məsələn, Leopard tankları istehsal edən Almaniyanın “Rheinmetall” konserninin mənfəəti 2022-ci ildən bəri 52% çoxalıb. Fransa pilotsuz təyyarə istehsalçısı “Thales”-in səhmləri 134% artıb. İngilislər də mənfəətlərini bu münaqişə fonunda 55% artırıblar.Biznes, şəxsi maraqlardan sülh qətiyyən maraqlı görünmür, avropalıların gözündə. Ona görə də açıq çağırışlar edilir və bu da onu göstərir ki, sülhə mane olmaq üçün lazım gəldikdə Rusiya ilə toqquşmaya da rəvac verə bilər. “Almanlar sülh və azadlığın təmənnasız olmadığı fikrinə alışmalıdırlar”, deyə Merzin öz mövqeyini qətiyyən gizlətməməsi də sadalananları təsdiq edən bir faktdır. Xatırladaq ki, bu ifadə Hitlerin 1942-ci ildəki çıxışının daha qabarıq bir formasıdır. Fürer “uşaqlar üçün, bütün Avropa xalqları üçün azadlıq” uğrunda mübarizə apardığını utanmadan iddia etdiyi kimi, avropalı liderlər də elə buna bənzər iddia ilə çıxış edirlər. Şəxsən Avropa diplomatiyasının rəhbəri Kaja Kallas tərəfindən səslənən ifadələr analoji şəkildə təzahür edir. “Son 100 ildə Rusiya təxminən 3-4 dəfə olmaqla, 19 ölkəyə hücum edib. Onlardan heç biri Rusiyaya hücum etməyib", deyə Kallas bildirib və bu da məsələlərə onun özünün aqressiv yanaşdığını göstərir.Təbii ki, Avropanın ən “qabaqda gedən” bir diplomatının belə bir tərzi heç də hamının diqqətindən yayına bilməz və heç də hamı ona biganə qalmaz. Necə ki, qalmayanlar da tapılır. “Mən Kallasın danışdığını eşidəndə düşünürəm ki, müasir diplomatiya belə bir axmağın əlinə necə keçə bilər? Mən ciddi əqli gerilikdən danışıram", deyə “İl Fatto Quotidiano”nun baş redaktoru Marko Travaglio qeyd edib. Hər halda, İtaliyanın ən nüfuzlu qəzetinin baş redaktoru bu fikirləri “nəyə isə” istinad etmədən deməzdi. Çünki italiyalı Marko görür və başa düşür ki, avropalılar “sülh planı”nın ilkin mətnini dəyişdirmək və ölçülüb-biçilmiş diplomatik işi isteriya ilə əvəz etmək üçün əllərindən gələni edirlər. Onu da görür və başa düşür ki, əllərindən gələni etməkdə də məqsədləri var və məqsədin ən yekəsi maliyyə maraqlarına hesablanıb. “Nəhayət, bu torpaq onsuz da yaxın bir neçə ay ərzində Rusiyanın əlinə keçə bilər. Yəni siz döyüşüb daha 50-60 min insan itirmək istəyirsiniz?”, deyə Trampın sual etməsi özü də təsdiq edir ki, avropalıları sülh deyil, öz maraqları, maliyyə maraqları daha çox düşündürür. Yəni, sülh planı ilə bağlı onları mövqeyi aydındır. Aydın olan odur ki, hər hansı substantiv danışıqlardan daha çox maraqlar nəzərə alınır. Avropanın sülh danışıqlarını pozmağa çalışması pul məsələsidir, maliyyə maraqları ilə bağlıdır...

Müəllif: İnam Hacıyev

Digər xəbərlər