PDF Oxu

Siyasət

  • 1 117

“Böyük Qayıdışın uğurla həyata keçirilməsində sosial siyasət əsas rol oynayır” - ŞƏRH EDİLDİ

image

"İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eyni zamanda insanların doğma yurdlarına təhlükəsiz və davamlı qayıdışını təmin etmək, Azərbaycan dövlətinin prioritet siyasətindən biridir. Böyük Qayıdış yalnız evlərin tikilməsi və infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda sosial rifah, məşğulluq, təhsil və səhiyyə xidmətlərinin əhalinin həyatına inteqrasiyasını da ehtiva edir". Bu sözləri SİA-ya açıqlmasında millət vəkili Jalə Əliyeva deyib.Onun sözlərinə görə, bu prosesdə sosial siyasət tədbirləri böyük əhəmiyyət kəsb edir: "İnsanların təhlükəsiz qayıdışı üçün əvvəlcə mina təhlükəsizliyinin təmin olunması və əsas kommunikasiya xətlərinin bərpası həyata keçirilir. Eyni zamanda, ərazilərdə sosial xidmətlərin – məktəb, uşaq bağçası, xəstəxana və poliklinikaların – yaradılması, habelə əhalinin sosial müdafiəsinin gücləndirilməsi qayıdışın davamlı olmasını təmin edir. Məşğulluq məsələsi də Böyük Qayıdışın uğuru üçün kritik amildir. Dövlət tərəfindən regionlarda iş yerlərinin yaradılması, kənd təsərrüfatı və sənaye layihələrinin təşkili, biznes təşəbbüslərinin dəstəklənməsi insanların yurdlarına dönməsini stimullaşdırır. Bu, həm də regionun iqtisadi canlanmasını sürətləndirir və əhalinin sosial rifahını artırır. Böyük Qayıdışın həyata keçirilməsində sosial siyasət tədbirləri ilə yanaşı, informasiya kampaniyaları və hüquqi dəstək mexanizmləri də mühüm rol oynayır. İnsanlar öz hüquqları və imkanları barədə məlumatlandırılır, dövlət tərəfindən təqdim olunan sosial paketlər və güzəştlər barədə məlumatlandırma aparılır ki, qayıdış təhlükəsiz və planlı şəkildə həyata keçirilsin.Böyük Qayıdış təkcə ərazilərin fiziki bərpası deyil, həm də əhalinin sosial, iqtisadi və mədəni həyatının bərpasını təmin edən kompleks bir prosesdir. Sosial siyasət, məşğulluq imkanları və infrastruktur layihələri birgə işlədikdə, insanlar təhlükəsiz şəkildə yurdlarına qayıdır və bölgənin dayanıqlı inkişafı təmin olunur".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər