ABŞ ordusu "çox aydın təlimatlar" aldı...
...ABŞ Prezidenti Donald Tramp, İran hökumətinin onun həyatına sui-qəsd edəcəyi təqdirdə sərt cavab tədbirləri görəcəyinə söz verib.
SİA xəbər verir ki, bu barədə o, NewsNation-a verdiyi müsahibədə bildirilib.
İkinci andiçmə mərasiminin ildönümünə təsadüf edən müsahibədə Tramp bildirib ki, ABŞ təhdidlərin həyata keçirilməsi halında İrana qarşı hərəkət etmək üçün "çox aydın təlimatlar" alıb.
...Mən bunu çox aydın şəkildə bildirmişəm: əgər onlar bunu etsələr, Yer üzündən silinəcəklər, - deyə Tramp bildirib.
O, əlavə edib ki, əgər onun həyatına sui-qəsd edilərsə, ABŞ bütün ölkəyə qarşı cavab tədbiri görəcək.
...Nə olursa-olsun, bütün ölkə partladılacaq. Mən mütləq onlara çox sərt zərbə vurardım. Amma mənim çox aydın təlimatlarım var, - deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp həmçinin keçmiş prezident Cozef Baydeni İran təhdidlərinə kifayət qədər qətiyyətli cavab vermədiyinə görə tənqid edib.
...Prezident prezidenti qorumalıdır. ABŞ təkcə prezidentə qarşı deyil, hətta təhdidlərə də qətiyyətlə cavab verməlidir, - deyə Tramp bildirib.
Əli Babayev
Ukrayna kəşfiyyatı detalları öyrənib...
Avropa Parlamenti Ukrayna üçün 90 milyard avroluq kreditin sürətləndirilmiş nəzərdən keçirilməsini təsdiqlədi.
ABŞ ordusu "çox aydın təlimatlar" aldı...
Amerika Birləşmiş Ştatlarının Prezidenti yalnız gücə və qüdrətə hörmət edir...
Müttəfiqlər böhrandan daha birləşmiş şəkildə çıxa bilərlər...
Müttəfiqlər böhrandan daha birləşmiş şəkildə çıxa bilərlər...
Maliyyə problemləri səbəbindən...