PDF Oxu

Siyasət

  • 510

Karen Avanesyanın cinayəti ermənilərin terrordan əl çəkmədiyini göstərir TƏHLİL

image

Sülh olsa da, ermənilərin törətdiyi vəhşilikləri unutmaq mümkün deyil

Mövcud faktlar və ortada olan sənədlərlə təsdiq olunur ki, erməni toplumuna heç vəchlə inanmaq olmaz. Çünki bu toplum son iki yüz il ərzində azərbaycanlılara qarşı hər cür vəhşiliklər, qətliamlar, deportasiya siyasəti həyata keçiriblər. İki yüz il ərzində ermənilər iki milyona yaxın azərbaycanlını qətlə yetiriblər, minlərlə şəhər və kəndi dağıdıblar. Təkcə 30 illik işğalı dövründə Ermənistan 35 minə yaxın azərbaycanlını öldürmüş, bir milyondan çox insanı ev eşiyindən didərgin salmışdır. Düzdür, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə erməni terror maşınını tamamilə sıradan çıxarıb, ulularımızın qisasını almağa nail olduq. Ancaq nəzərə alınmalıdır ki, erməni bic və hiyləgər toplumdur. Onlar heç zaman sakitləşmirlər, yeni qətliamlar, növbəti terror aktları həyata keçirmək üçün məqam gözləyirlər. Bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa da, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, soyqırımı aktları unudulmamalıdır. Bəli, beynəlxalq istəklərə, regional tələblərə əsasən iki ölkə arasında kağız üzərində olsa belə saziş imzalanmalıdır. Ancaq “qurdla dostluq etsən də, çomağı yerə qoyma” el məsəlində deyildiyi kimi ermənilərlə məsafə saxlanılmalıdır. Onları yaxına buraxmaq, üz vermək, münasibət qurmaq növbəti faciələrə yol aça bilər. Fikir verin, 2023-cü il sentyabrın 19-da Qarabağda başlayan antiterror xarakterli əməliyyatlardan sonra bu ərazilərdə separatizmə son qoyuldu, terrorçular tamamilə məhv edildi, bəziləri isə həbs olunaraq istintaq orqanlarına təhvil verildi, hazırda onların Bakı Hərbi Məhkəməsində məhkəmələri keçirildi. Xankəndi və ətraf yaşayış məskənlərinəd Azərbaycan bayrağı qaldırıldıqdan sonra orada qalıb, yaşamaq istəyində olan ermənilər oldu. Azərbaycan dövləti böyüklük nümayiş etdirdi, onların istəklərinə müsbət yanaşdı. Bundan sonra Xankəndində qalan ermənilər üçün xəyallarında belə canlandıra bilmədikləri yüksək yaşayış quruldu. Buna görə təşəkkür etmək, minnətdarlıq ifadə etməkdənsə erməni xislətlərini ortaya qoydular. Bu ilin sentyabrın 14-də Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyan terror aktı həyata keçirməklə polis əməkdaşlarını qətlə yetirməyə cəhd etmişdir.

Erməni faşizmi dəyişmir

Məlum olduğu kimi, artıq terrora cəhd edən erməni Karen Avanesyan həbs olunub və istintaq orqanlarına təhvil verilib. Erməniəsilli Karen Avanesyan Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktkar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah - "AKMS" markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 07 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 09 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb. Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hadisə yerindən təxliyə edilərək zəruri tibbi yardımlar göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub. Bundan başqa, qanunvericiliyin tələblərinə və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib. Dekabrın 11-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən Karen Avanesyanın anket məlumatları dəqiqləşdirilib. Karen Avanesyan qanuna uyğun olaraq tərcüməçi və vəkillə təmin olunub, ona hüquq və vəzifələri elan edilib.

Erməni terrorunun tarixi 200 ildir

Xankəndi şəhərindəki erməni əsilli Karen Avanesyann terrora cəhd etməsi bir daha təsdiqlədi ki, terror erməninin həyat mənbəyi və yaşayışıdır. Erməni toplumu Azərbaycan ərazilərinə köçürülən gündən mövqelərini və fəaliyyətlərini dəyişməyiblər. Hər məqamda azərbaycanlıları öldürmək, torpaqlarını zəbt etmək uğrunda fəaliyyət göstəriblər. Elmi araşdırmalarla təsdiq olunur ki, erməni terrorunun tarixi təqribən 200 ildir. İlkin dövrlərdə xırda qruplar şəkilində terror təşkilatları yaradıb terror aktları törətsələr də sonralkar fəaliyyətlərini genişləndiriblər. Ermənilər 1885-ci ildə “Amerkan”, 1887-ci ildə “Hnçak” və “Daşnaksütyun” terror təşkilatları yaratmışlar. Hər üç terror təşkilatının əsas hədəfləri Türkiyənin Anadolu bölgəsi ərazilərində “Böyük Ermənistan” dövləti yaratmaq olub.. Terror təşkilatının proqramının 4-cü bəndində göstərilir; “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”. «Erməni gizli azadlıq ordusu» (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib. Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu» (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində «Böyük Ermənistan» qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilat «Əbu Nidal», «Qara sentyabr» kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A. Akopyan («Mücahid») 01. 08. 80-ci ildə «Nyu-York Tayms» qəzetinə verdiyi müsahibədə bildirmişdir: «Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir». 28. 04. 1988-ci ildə A. Akopyan Afina şəhərində öldürülmüşdür. Livanda 1980-ci ilin aprelində ASALA birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 28. 08. 1993-cü ildə açıqlanan bəyanatında ASALA «pantürkist neft borusu» (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir. «Geqaron»: 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd-Cənubi Qafqaz və Orta Asiya ərazilərinə türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir. «Erməni azadlıq hərəkatı» (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir. «Erməni azadlıq cəbhəsi»: 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

«Orli qrupu»: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib. «Erməni soyqırım ədalət komandosları»: 1972-ci ildə Vyanada «Daşnaksütyun» partiyasının qurultayı zamanı yaradılıb. «Erməni soyqırımı ədalət komandosları»nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir. «Erməni birliyi»: 1988-ci ildə Moskvada yaradılmışdır. «ASALA» ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.«Gənc ermənilər ittifaqı»: Diplomatların oğurlanması ilə məşğul olan bu təşkilat 1990-cı ildə Fransada yaradılıb. «9 iyun qrupu»: Həbsdə olan erməni terrorçularının azad olunmasına çalışan bu təşkilat 1991-ci ildə İsveçrədə yaradılıb.«İsveçrə qrupu»: Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bu təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür. «Demokratik cəbhə»: ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi- türk dövlətinin parçalanmasıdır. «İntiharçılar eskadronu»: 1981-ci ildə Parisdə yaradılmışdır. Həmin ildə bu təşkilat Türkiyənin Fransadakı baş konsulluğunu zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir. «Apostol»: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Məqsəd-Türkiyə və Azərbaycan ərazilərində terror aktların keçirilməsidir.

Ermənilər Azərbaycan ərazisində yüzlərlə terror aktları həyat keçiriblər. Azərbaycanlılar kütləvi şəkildə öldürülüb, yaşayış məskənləri dağıdılıb, min illik tarixi olan qədim memarlıq nümunələri, abidələr məhv edilib. Bu baxımdan onları vandallar adlandırmaq yerinə düşərdi. Həm də onlara heç bir zaman inanmaq və yuxarıda qeyd etdiyim kimi yaxına buraxıb, hansısa məsələ ilə bağlı əməkdaşlıq etmək olmaz. Unutmamalıyıq ki, əgər ermənilərə inansaq və onlarla azacıq əməkdaşlıq etsək, sonradan bu insanların həyatlarının itirilməsi, növbəti faciələrin yaşanmasına gətirib çıxara bilər. Ona görə də, ayıq-sayıqlığı əldə verməməli, daim diqqətli və ehtiyatı olmalıyıq.

İLHAM ƏLİYEV

Digər xəbərlər