Iqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş “Mədəni və Mənəvi ƏlaqələrinMöhkəmləndirilməsində Liderlərin Rolu. Heydər Əliyev və İƏT Ölkələri” mövzusunda anım tədbiri keçirilmiş, eyni adlı fotosərgininaçılışı baş tutmuşdur. SİA xəbər verir ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyitərəfindən təşkil olunmuş tədbirdə, İranın PrezidentAdministrasiyasının və Xarici İşlər Nazirliyinin məsulnümayəndələri, Iqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrinİrandakı səfirləri, diplomatları, mətbuat və ictimaiyyətinnümayəndələri, eləcə də İranda yaşayan Azərbaycan vətəndaşlarıiştirak etmişlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsininbir dəqiqəlik sükütla yad edilməsi ilə başlanan tədbiri İƏT-inMədəniyyət İnstitutunun prezidenti, səfir Məhəmməd Həsən açaraqmüasir Azərbaycanın qurucusu və memamrı Heydər Əliyevin tarixirolunu və müdrik siyasətini xüsusi vurğulamış, 90-cı illərinəvvələrində böhran vəziyyətində olan Azərbaycanın, məhz HeydərƏliyev kimi dahi şəxsiyyət bu çətin dövrdən üzü ağ çıxardığını,zamanla Azərbaycanı güclü dövlətə çevirdiyini bildirmişdir.Anım mərasimində çıxış edən Türkiyənin İrandakı səfiri Dr.HicabiKırlangıç Türkiyə ilə Azərbaycan arasındakı yaxın qardaşlıqmünasibətlərinə toxunaraq, ümummilli lider Heydər Əliyevin anımgününün böyük hörmətlə yad edildiyini diqqətə çatdırmışdır. Səfir, ölkələrin rəhbərləri xalqlarının taleyini formalaşdıran mühümsimalardır və tarix boyu liderlərin xalqların inkişafında əvəzsiz roloynadığı açıq şəkildə görünür deyə bildirərək Heydər Əliyevin dəməhz belə təsirli, müdrik şəxsiyyətlərdən olduğunu qeyd etmiş, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra tarix səhnəsindəyer aldığı ilk illərdən Heydər Əliyevin ölkəsinin layiqli mövqeqazanması üçün böyük xidmətlər göstərdiyini xatırlatmışdır.Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri ƏliƏlizadə ölkəmizin, İqtisadi Əməkdaşlıq Təşkilatının dövlətləri vəxalqları arasında çoxəsrlik tarixi proseslər nəticəsində yaranmışdostluq və qardaşlıq münasibətlərinin, mədəni və mənəvi bağlarınınmöhkəmləndirilməsi yolunda mühüm addımlar atdığını, bu xüsusdaAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsizxidmətlərinin olduğunu vurğulamışdır. Ulu öndər Heydər ƏliyevinİƏT dövlətləri və xalqları ilə xüsusi münasibətlərinə nəzər salansəfir, Heydər Əliyevin ortaq mədəni və mənəvi dəyərlərə dərindənbələd olduğunu, etnik, dil, din, tarixi və mədəni bağların inkişafınaolan töhfələrinin danılmaz olduğunu bildirmişdir. Əli Əlizadəxalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, mədəni vəmənəvi bağların yaranmasında, inkişafında və gələcək nəsillərəötürülməsində Heydər Əliyev kimi şəxsiyyətlərin, liderlərin böyükrolunun olduğunu qeyd etmiş, onun əziz xatirəsinin daim hörmətləanıldığını bildirmişdir.Çıxışlardan sonra İƏT-in Mədəniyyət İnstitutunda təşkil olunmuş“Mədəni və Mənəvi Əlaqələrin Möhkəmləndirilməsində LiderlərinRolu. Heydər Əliyev və İƏT Ölkələri” adlı fotosərginin açılışınıbildirən rəmzi lent kəsilmiş və sərgi ictimaiyyətə açıq elan edilmişdir. Fotosərgidə ulu öndər Heydər Əliyevin İƏT-in ZirvəGörüşlərində iştirakını, İƏT ölkələrinə səfərlərini və görüşlərini, mədəni və mənəvi bağlara verdiyi önəmi özündə təzahür etdirənfotolar sərgilənir və sərginin 4 gün ərzində nümayiş edilməsinəzərdə tutulmuşdur.Tədbirdə Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, müdrikkəlamlarını əks etdirən qısametrajlı filmə də baxış keçirilmiş vəanım mərasimi ehsan süfrəsinin verilməsi ilə başa çatdırılmışdır.