PDF Oxu

Siyasət

  • 1 209

Sabunçu rayonunda Ulu Öndərin xatirəsi anılıb

image

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı Maştağa qəsəbəsi, "Nəriman Nərimanov küçəsi 42" (Maştağa Xəstəxanası) ünvanı üzrə ərazi partiya təşkilatında Ümummili Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummili Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli ideologiyanın formalaşması və müasir dövlət quruculuğunun elmi-nəzəri əsaslarla inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın tarixində silinməz iz qoymuş, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasətində öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə seçilən dahi şəxsiyyətdir.
Çıxış edən ərazi partiya təşkilatının sədri Namiq Nəbiyev Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda lider dövlətə çevrildiyini vurğulayıb.

Digər xəbərlər