Müasir Azərbaycan dövlətinin memarı, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Anım tədbirində Naftalan Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən, ŞİH başçısının müavini Arzu Məmmədov, şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, şəhər Məhkəməsinin sədri Ayaz Səlimov,YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Şəhər İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti üçün ehsan süfrəsi açılıb.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndərin dövlətçilik tariximizdəki misilsiz rolu, ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında yaratdığı möhkəm təməllər haqqında danışıblar. Ulu Öndər Heydər Əliyevin ölkəmizin sabitliyinin, təhlükəsizliyinin və tərəqqisinin təmin olunmasındakı tarixi xidmətlərindən bəhs ediblər, onun ideyalarının bu gün də yaşayaraq Azərbaycanın inkişaf yoluna işıq tutduğunu vurğulayıblar.