Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı gənc partiya fəallarının və məktəblilərin Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.Əvvəlcə Beyləqan rayonundakı Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb.
Daha sonra Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və digərləri Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.