Qobustan rayon İcra Hakimiyyətinin və YAP Qobustan rayon təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili " çərçivəsində Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş "Əbədiyaşar Lider " mövzusunda tədbir keçirilmişdir.
Tədbirdən əvvəl rayonun hüquq-mühafizə orqanlarının,idarə,müəssisə və təşkilatların rəhbərləri,rayon əhalisi,şəhid ailələri,rayon ağsaqqalları və YAP fəalları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət etmiş,önünə tər güllər düzərək əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş eksponatlarla və xatirə şəkilləri ilə tanış olmuş,qısametrajlı filmə baxmışlar.Daha sonra mərkəzin akt zalında "Əbədiyaşar Lider" mövzusunda tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə əvvəlcə məruzə ilə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov çıxış etmişdir.
Sonra Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov geniş yekun məruzəsi ilə çıxış etmişdir.
Tədbir yekunlaşdıqdan sonra Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ehsan süfrəsi verilmişdir.