PDF Oxu

Siyasət

  • 561

Gürcüstan Avropa İttifaqından narazıdır FOTO

image

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yenidən Avropa bürokratiyasının "ikili standartları"ndan danışaraq qeyd etdi ki, onlar öz işlərinə müdaxiləni sevmirlər, lakin özləri "Gürcüstanın işlərinə fəal şəkildə müdaxilə edirlər".

Gürcüstan hökumətinin başçısı əlavə etdi ki, onlar nəinki müdaxilə edirlər, həm də "ölkənin inkişaf prosesinə mane olmağa çalışırlar ki, bu da çox kədərli bir haldır".

Kobaxidze hesab edir ki, bu, Avropa bürokratiyası daxilindəki mürəkkəb vəziyyəti göstərir və Gürcüstana bu yanaşma dəyişdirilməlidir.

"Əks halda, bu insanlar öz strukturlarının maraqlarına zərər verirlər və bu cür yanaşmaların və ikili standartların nəticəsi Aİ-də inkişaf meyllərinin mənfi olmasıdır. Bu, demokratiya, insan hüquqları və iqtisadiyyatla bağlıdır", - Baş nazir bildirib.

İlham

Digər xəbərlər